Dərman qiymətlərinin yuxarı həddini Tarif Şurası müəyyən edəcək

18 Avqust 2023 08:00 Araşdırma 584
Dərman qiymətlərinin yuxarı həddini Tarif Şurası müəyyən edəcək

Tarif Şurası gələn aya kimi dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddini müəyyənləşdirəcək.

Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Dərman vasitələri haqqında” Qanuna edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Tarif (qiymət) Şurası “Dərman vasitələri haqqında” Qanunda nəzərdə tutulmuş dərman vasitələrinin sadələşdirilmiş ekspertizası xidmətlərinin tariflərini, o cümlədən dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddini bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?