Bu il Azərbaycanda doğulanların çoxu oğlanlardır

15 Avqust 2023 18:30 Araşdırma 652
Bu il Azərbaycanda doğulanların çoxu oğlanlardır

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun aylarında ölkə üzrə 53918 doğulan körpə qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,2-dən 10,7-yə düşüb.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Doğulan körpələrdən 1580-i əkiz, 75-i üçəm, 4-ü isə dördəm olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!