Azərbaycanda onların maaşı 4 min manata yaxındır

15 Avqust 2023 12:50 Araşdırma 1 372
Azərbaycanda onların maaşı 4 min manata yaxındır

2023-cü ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,5 faiz artaraq 921,9 manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3621,8 manat, qeyri neft-qaz sektorunda 870,3 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 883,0 manat, özəl müəssisələrdə isə 964,6 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti