Azərbaycanda bu ixtisasları seçənlər 4 yox, 5 il oxuyacaq

12 Avqust 2023 16:30 Araşdırma 13 527
Azərbaycanda bu ixtisasları seçənlər 4 yox, 5 il oxuyacaq

Azərbaycan Universitetinin 2023/2024-cü tədris ili üçün bakalavriat səviyyəsinə qəbul planı Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilib.

3 ixtisas qrupu üzrə (I, II və III) bəzi ixtisaslara qəbul olunan tələbələr ənənəvi qaydada 4 il deyil, 5 il müddətində təhsil almalı olacaqlar.

Buna səbəb həmin ixtisaslarda kadr hazırlığının həm də ingilis dilində aparılmasıdır. Bu ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün 1 tədris ili ayrıldığı üçün təhsil müddəti 5 il olacaqdır.

Həmin ixtisaslar bunlardır:

1)İnformasiya təhlükəsizliyi (I qrup)

2) Biznesin idarə edilməsi (II qrup)

3) İqtisadiyyat (II qrup)

4) Maliyyə (II qrup)

5)Marketinq (II qrup)

6)Menecment (II qrup)

7)Mühasibat (II qrup)

8)Sosial iş (III qrup)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti