Baş məşqçini danladılar, 2 yeni legioner axtarmağa başladılar

8 Avqust 2023 09:40 Araşdırma 1 701
Baş məşqçini danladılar, 2 yeni legioner axtarmağa başladılar

Premyer Liqaya qayıdışını məğlubiyyətlə qeyd edən «Araz-Naxçıvan»ın planları dəyişib.

Səkkiz ildən sonra döndüyü elitada iddialı olmaq istəyən Muxtar Respublika təmsilçisi əlavə 2 transferə ehtiyac duyub.

Son 1 ayda 9 legioner alan bölgə klubu yenə ölkə xaricinə üz tutub. I Liqanın çempionunun hansı mövqeləri gücləndirmək istəməsi də məlumdur.

Belə ki, rəhbərlik qapıçı və hücumçu axtarışındadır.

Əslində, bu, öncədən nəzərdə tutulmurdu. «Şamaxı» və «Turan Tovuz»dan tanıdığımız Natan Oduvanın ürəyində problem aşkarlanması onunla müqavilə imzalanmasına səbəb olub.

Semir Bukviç isə «Turan Tovuz»la ilk qarşılaşmada (0:3) kobud səhvlərlə yadda qalıb. Bosniya və herseqovinalı qapıçı hər üç qolda ciddi xətalara yol verib.

Baş məşqçi Azər Bağırov da anlayıb ki, komandaya gətirdiyi ilk legioner olan balkanlı kiperi seçməkdə yanılıb. Bu üzdən az danlanmayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti