Qarabağ üçün İnkişaf Strategiyası hazırlayır - BMT, Dünya Bankı və Avropa İttifaqı

1 İyul 2023 18:30 Araşdırma 565
Qarabağ üçün İnkişaf Strategiyası hazırlayır - BMT, Dünya Bankı və Avropa İttifaqı

BMT, Dünya Bankı və Avropa İttifaqı Azərbaycanın işğaldan azad edilmiş əraziləri üçün İnkişaf Strategiyası hazırlayır.

Bunu BMT-nin İnkişaf Proqramının milli layihə koordinatoru Nazim Məmmədov Bakıda keçirilən V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında bildirib.

Onun sözlərinə görə, bu məqsədlə Füzuli, Ağdam və Cəbrayıl rayonları seçilib.

"Bu ilin noyabrına qədər strategiyanı hökumətə təqdim edəcəyik. Sənəd bərpa olunan enerji məsələrini də əhatə edir. Onun hazırlanmasında “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” əsas götürülüb. Burada nəzərdə tutulan iş planına əsasən təkliflər veriləcək", - deyə Nazim Məmmədov əlavə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti