Avtomobil almaq istəyənlərin xəbəri olsun: Bu tarixdən qiymət dəyişəcək - VİDEO

1 İyul 2023 17:30 Araşdırma 2 722
Avtomobil almaq istəyənlərin xəbəri olsun: Bu tarixdən qiymət dəyişəcək - VİDEO

Hibrid avtomobillərə maraq böyük olsa da, idxal proqnozu özünü doğrultmadı.

Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, hibrid avtomobillərə tətbiq olunan güzəştlərdən sonra gözlənirdi ki, 2023-cü ildə ölkəmizə idxal olunan ümumi avtomobillərin 10-15 faizindən çoxunu hibrid avtomobillər təşkil edəcək.

"Lakin gözlənilən olmadı".

İldə cəmi 2-3 faiz artım müşahidə edə bildik.

Ekspert bildirib ki, növbəti aydan etibarən bütün yeni avtomobillərin qiymətində artım müşahidə olunacaq. Bu artım isə istehsalçılar tərəfindən anons edilib.

Ölkəmizə 5 ayda 5884 ədəd hibrid avtomobil idxal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 15.8 faiz çox olsa da, gözlənilən artım səviyyəsindən aşağıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!