
Qarabağda yaşayan ermənilərdən biri Azərbaycanın adından istifadə edərək, fırıldağa əl atıb.
R.Q. kimi təqdim edilən erməni mülkiyyətindəki “Agrotron-180” markalı 4WD E2 təkərli traktoru 2020-ci ildə, 44 günlük müharibədən sonra Ermənistana aparıb.
Daha sonra iddia edib ki, traktor Azərbaycan ordusunun nəzarətində qalıb.
R.Q bundan istifadə edərək, “mülkiyyətinə dəymiş ziyan” adı ilə 5 milyon dram təzminat alıb. Sonradan həmin taktorun Ermənistanın Eçmiədzin şəhərində olduğu aşkarlanıb.