Simeone və Forlanın komanda yoldaşı, Argentina yığmasının sabiq üzvü Azərbaycanda

3 Oktyabr 02:10 Araşdırma 685
Simeone və Forlanın komanda yoldaşı, Argentina yığmasının sabiq üzvü Azərbaycanda

Bu yay Azərbaycan Premyer Liqasına gələn legionerlərdən biri də Fakundo Kardozodu.

O, ölkə çempionatında meydana çıxmış 18-ci argentinalı kimi tarixə keçdi.

27 yaşlı futbolçu "Səbail"ə ölkəsinin "Platense" klubundan gəlib. Karyerasına Argentinanın "Velez Sarsfild" klubunda başlamış Fakundo ardıcıl olaraq "Bolivar", "Mumbai Siti", "Arsenal"(Sarandi), "Alebrixes de Axaka", "Kokumbo Unido", "All Boys" klublarında oynayıb.

Bununla yanaşı Bayıl klubunun yeni transferi Argentinanın U-20 yığmasında da çıxış edib. "Velez Sarsfild" və Argentinanın U-20 yığmasında oynadığı vaxtda gələcəyinə böyük ümidlər bəslənilsə də, 27 yaşlı müdafiəçinin sonradan klub karyerasında eniş yaşanıb.

Müdafiəçi ölkəmizə gələnə qədər hazırda dünyanın tanınmış futbolçuları ilə birlikdə oynayıb. Onun komanda yoldaşları arasında Azərbaycan Premyer Liqasında da çıxış etmiş futbolçuları görmək mümkündü (sportal.az).



Mauro Zarate

Argentinanın əsas millisində oynamaq ona qismət olmasa da, Avropa və dünyada yetərincə tanınmış klubların formasını geyinib. “Latsio”, “İnter”, “Vest Hem”, “Fiorentina”, “Uotford”, “Boka Xuniors”da çıxış etmiş Zarate üç fərqli ildə “Velez Sarsfild”də oynayıb. 2013/2014 mövsümündə isə təcrübəli futbolçu Fakundo ilə komanda yoldaşı olub. 35 yaşlı forvard hazırda “Səbail”in yeni transferinin son klubu "Platense"də çıxış edir.



Xorxe Korrea

2013/2014 mövsümündə Kardozonun komanda yoldaşları arasında Zarate ilə yanaşı Xorxe Korrea da var idi. Ötən mövsüm “Neftçi”yə böyük ümidlərlə dəvət edilsə də, qısa müddətdən sonra ölkəmizi tərk etmiş argentinalı Kordozonun nəyə qadir olduğunu daha yaxşı bilir. 29 yaşlı yarımmüdafiəçi hazırda Boliviyanın "Oriente Petrolero" klubunda oynayır.




Edemir Rodriqez

Frankonun legioner həyatını yaşadığı ilk ölkə Boliviyadı. O, "Velez Sarsfild"dən Boliviyanın ən tanınmış klublarından "Bolivar"a icarəyə yollanıb. Burada isə müdafiəçi "Bakı"nın iddialı zamanında heyətə cəlb edilmiş Edemir Rodriqezlə qarşılaşıb. Amma Franko orada çox qalmayaraq, sonradan məxsus olduğu komandaya qayıdıb. 37 yaşlı müdafiəçi hazırda ölkəsinin digər iddialı klublarından “Vilsterman” komandasında çıxış edir.



Dieqo Forlan

"Bolivar"dakı icarə müddətinin bitməsindən ardından "Velez Sarsfild"ə qayıdan "Səbail"li bu dəfə Hindistana icarəyə yollanıb. "Mumbai Siti"də isə Fakundo karyerası ərzində qarşılaşdığı ən tanınmış futbolçulardan Dieqo Forlanla komanda yoldaşı olub. Argentinalı futbolçu Hindistanda altı aydan çox qalmayıb. Hazırda məşqçi kimi fəaliyyət göstərən Forlan "Atenas"ı çalışdırmışdı. Amma ünlü futbol adamı hazırda işsizdi.




Soni Norde

Malayziyanın "Melaka Yunayted" klubunun üzvünə Fakundonun nəyə qadir olması öncədən bələddi. 2019-cu ildə “Zirə”də çıxış etmiş 33 yaşlı haitili futbolçu Premyer Liqamızda özünü yaxşı tərəfdən göstərə bilməmiş və Malayziyaya yollanmışdı. O, Fakundo ilə “Mumbai Siti”də komanda yoldaşı olub. Amma Norde də həmin vaxtı argentinalı kimi əsas heyətə düşməkdə çətinlik çəkib.



Covanni Simeone

Argentina millisinin forvardı da "Səbail"in müdafiəçisini daha yaxından tanıyır. Amma onların yolları klub karyerasında deyil, yığma komandada kəsişib. Argentinanın U-20 yığmasında “Napoli”nin hücumçusu Kardozo ilə birlikdə çıxış edib.



Anxel Korrea

"Atletiko"nun yarımmüdafiəçisi də Covanni kimi məhz yığma səviyyəsində Fakundo ilə komanda yoldaşı olub. Hazırda Argentina millisinin və “Atletiko”nun futbolçusu “Səbail”in müdafiəçisi ilə Argentina U-20 yığmasında eyni anda meydana çıxıb. Korrea 2015-ci ildən bu yana “Atletiko”da forma geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 03:00 "Sabah"la bacarmadılar