“Metrix”: Sportinfo.az Azərbaycanın ən reytinqli idman saytıdır

23 May 2022 13:00 Araşdırma 975
“Metrix”: Sportinfo.az Azərbaycanın ən reytinqli idman saytıdır

Azərbaycanın ilk veb-təhlil aləti - Metrix.az-da ölkə ərazisində fəaliyyət göstərən saytların reytinq cədvəli müəyyənləşrib.

Sportinfo.az Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə yaradılan Azərbaycanın milli rəqəmsal media təhlili platformasında yer alıb (https://metrix.az/ratings/).

“Metrix” təhlil platforması 50-dən çox yerli informasiya veb-saytı və keçirilən sorğular vasitəsilə ölkədə ən çox oxunan xəbərləri, günün trendlərini və müxtəlif digər statistik məlumatları özündə ehtiva edir.

Platforma Sportinfo.az-ın Azərbaycanın ən oxunaqlı idman saytı olmasını göstərir. Sportinfo.az may ayının ilk 22 günü ərzində 1 milyon səddini keçən yeganə idman saytıdır.

Ümumiyyətlə, Sportinfo.az ölkədə fəaliyyət göstərən bütün online media orqanları arasında ilk «TOP-15»də yer alıb. Reytinq göstəricilərinə görə Sportinfo.az əksər ictimai-siyasi, sosial və mədəniyyət yönümlü saytları qabaqlayıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov aprelin 29-da keçirilən təqdimat mərasimində müxtəlif istiqamətlərdə həyata keçirilən islahatların davamı olaraq, onlayn media subyektləri üçün əlavə reklam fürsətlərinin yaradılmasında media təhlili platformasının əhəmiyyətini vurğulayıb.

Bildirib ki, milli sayğac vasitəsilə veb-saytların reytinqinin müəyyənləşdirilməsi biznes strukturları üçün etibarlı data baza formalaşdıracaq.

Digər Xəbərlər
Xəbər Lenti