Sonuncu dəfə Qurban Qurbanovla qazanan milli...

13 Oktyabr 2021 20:20 Araşdırma 693
Sonuncu dəfə Qurban Qurbanovla qazanan milli...

Dünən yenə milli komandalarımız futbol meydanlarında məğlubiyyət yaşadı.

Əvvəlcə, gənclərimiz - U-21 Xorvatiya qarşısında rüsvay oldu, bağlanışı da əsas millimiz adətinə uyğun etdi, Serbiya qarşısında aciz qaldı.

Azərbaycan yığma komandası rəsmi oyunlarda sonuncu qələbəsini ötən il UEFA Millətlər Liqasında qazanıb. Komandamız səfərdə Kiprə 1:0 hesabı ilə qalib gəlib.

Yığmamızın sonuncu ev qələbəsi də Millətlər Liqasında olub. Komandamız Qurban Qurbanovun baş məşqçisi olduğu vaxtda Bakı Olimpiya Stadionunda Farer Adaları yığmasını üstələyib.

Həmin matçda 2:0 hesablı qalibiyyət əldə edən millimiz bundan sonra doğma azarkeşlər önündə 3 xal üzünə həsrətdir.

Bundan sonra keçirilən 2 seçmə mərhələdə komandamız cəmi 1 xal toplaya bilib. Yalnız ötən il keçirilən Millətlər Liqasında 3 heç-heçə edib 1 qələbə qazanan millimiz 6 xal əldə edib. Lakin UEFA-nın yaratdığı Millətlər Liqasında eynisəviyyəli komandaların bir qrupa düşdüyünü nəzərə alsaq, komandamızın 4 top buraxıb cəmi 2 top vura bilməsi də diqqətdən yayına bilməz.

DÇ-2020-nin seçmə mərhələsində də komandamız rüsvayçı nəticələrə davam edir. Belə ki, keçirdiyi 7 matçın yalnız birində təsadüfi heç-heçə edən yığmamız qapısında 15 top görüb. Millimizin 4 qolunun hamısını isə Emin Mahmudov vurub. Vurulan qollara nəzər salsaq, görərik ki, bu sırf futbolçunun fərdi ustalığı sayəsində baş verib. Belə ki, Serbiya ilə ilk matçda penaltidən fərqlənən Mahmudov Lüksemburq və İrlandiya ilə səfər matçlarında uzaqdan zərbələrlə fərqlənib. Ötən gecə baş tutan oyunda isə rəqib qapıçının kobud səhvi nəticəsində futbolçularımız sevinməyi bacardı.

Futbolumuzun gələcəyi sayılan U-21 yığmamız da biabırçı nəticələrlə yadda qalır. Gənclərimiz Avro-2023-ün seçmə mərhələsində 4 oyunda meydana çıxıb. Komandamız bu matçların 3-də uduzub, 1 oyunda heç-heçə edib. 4 oyuna isə millimiz 14 top buraxıb. Rəqiblərin qapısına cəmi 2 dəfə yol tapa bilib.

Milan Obradoviçin baş məşqçisi olduğu komanda təkcə nəticələrlə deyil, oynadığı bərbad futbolla da diqqət çəkir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı