Avropa çempionatları tarixində daha bir ilk

23 İyun 2021 12:50 Araşdırma 474
Avropa çempionatları tarixində daha bir ilk

Danimarka millisi Avropa çempionatları tarixində ilkə imza atıb.

Sportinfo.az xəbər verir ki, sözügedən komanda buna AÇ-2020-nin 1/8 final məhələsinə vəsiqə qazanmaqla nail olub.

Belə ki, Danimarka millisi qrup mərhələsinin ilk 2 turunda uduzsa sa, son turda Rusiyaya (4:1) qalib gələrək 3 xalla növbəti mərhələyə adlayıb.

Bununla da Skandinaviya təmsilçisi Avropa çempionatları tarixində ilk iki turda məğlub olub, daha sonra 1/8 finala vəsiqə qazanan ilk komanda kimi tarixə düşüb.

B qrupunu Belçika yığması 9 xalla 1-ci pillədə başa vurub. Bu qrupda Finlandiya və Rusiya yığmaları da 3 xal toplayıb. Lakin Danimarka millisi daha yaxşı top fərqinə görə ikinci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti