Millimizin futbolçusuna bu qiyməti verdilər – Elə-belə yox

6 İyun 2020 12:16 Almaniya 1 306
Millimizin futbolçusuna bu qiyməti verdilər – Elə-belə yox

Almaniyada dərc olunan "Bnn" nəşrində "Ertsgebirge" ilə bağlı araşdırma yazısı yer alıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun da çıxış etdiyi Aue şəhərinin təmsilçisi növbəti turda evdə "Karlsrue" ilə üz-üzə gələcək.

Nəşr Nazarovu komandanın ən yaxşı hücumçusu adlandırıb və baş məşqçinin bu görüşdə ona şans verəcəyini bildirib. 30 yaşlı oyunçunun yaxşı keyfiyyətlə malik olduğu da vurğulanıb.

İyunun 7-də keçiriləcək "Ertsgebirge" - "Karlsrue" matçı Bakı vaxtı ilə 15:35-də başlayacaq. "Ertsgebirge" 38 xalla 8-ci, qonaq komanda isə 30 xalla 16-cı pillədə qərarlaşıb. Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır.

Təcrübəli forvard "Ersgebirge"də 2016-cı ildən çıxış edir. O, 2013 - 2016-cı illərdə məhz "Karlsrue"nin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu