16 yaşlı uşağa 30 milyon verirdilər, satmamışdı, indi isə…

27 May 2020 17:24 Almaniya 627
16 yaşlı uşağa 30 milyon verirdilər, satmamışdı, indi isə…

İngiltərə Çempionşip təmsilçisi “Birmingem”in yarımmüdafiəçisi Yud Bellinqem karyerasını Almaniyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, “Borussiya” oyunçunu heyətinə cəlb edib.

Dortmund təmsilçisinin 16 yaşlı futbolçu üçün nə qədər ödədiyi açıqlanmayıb. “Mançester Yunayted” yanvarda Bellinqem üçün 30 milyon funt sterlinq versə də, tərəflər razılığa gələ bilməmişdi.

Ancaq oyunçu “Borussiya”da çıxış etmək istədiyi üçün transfer baş tutub. Yarımmüdafiəçi gənc olmasına baxmayaraq, “Birmingem”in əsas futbolçusu hesab olunur. Bellinqem cari mövsüm komandası ilə 32 oyun keçirib və 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"