Müflis olmaq riski yoxdur - Yığmamızın oyunçusu bu xəbərə sevinsin

26 Aprel 10:40 Almaniya 168
Müflis olmaq riski yoxdur - Yığmamızın oyunçusu bu xəbərə sevinsin

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Ertsgebirge” maliyyə problemi ilə üzləşə bilər.

Sportinfo.az xəbər verir ki, Almaniya klubunun koronavirus dönəmində 2.5 milyon avroyadək itki ilə üzləşəcəyi gözlənilir.

Bu məbləğ çempionat oyunlarında azarkeşlərin olmaması, sponsorluq məbləğinin və televiziya gəlirlərinin itməsindən yaranıb. Üstəlik, müqaviləsi bitmək üzrə olan 8 oyunçunun klubdakı taleyi qaranlıqdır.

Lakin Aue təmsilçisinin direktoru Mixael Foyqt bildirib ki, klubun müflis olmaq riski yoxdur: "Son illərdə klubu yaxşı idarə etdik və heç vaxt imkanlarımızdan üstün nəsə etmədik. Belə bir böhranda qarşılığını görürük.

Klubun növbəti mövsüm üçün də mükəmməl vəziyyətdə olduğunu təsbit etdik. Kiçik tikinti sahələri hələ də bağlanmalı idi. Prezident Holqe Leonhardtın "Layihə 2023"ü uğurlu oldu. Nəticədə daha az futbolçunun müqaviləsi mövsüm sonunda bitir".

“Ertsgebirge” hələ ötən il Dmitri Nazarov və digər 5 oyunçu ilə müqaviləni 2023-cü ilin yayına qədər uzadıb. Azərbaycan millisinin 30 yaşlı yarımmüdafiəçisi 2016-cı ildən Aue təmsilçisinin formasını geyinir.

Xəbər Lenti
30 May 13:26 Holanda göz dəydi?