“Sabah” Türkiyə klubu ilə qarşılaşacaq - Avropa Kuboku

15 Noyabr 2023 10:00 Basketbol 820
“Sabah” Türkiyə klubu ilə qarşılaşacaq - Avropa Kuboku

“Sabah” basketbol klubu bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi 5-ci matçında Türkiyə klubu “Bağçaşəhər”in qonağı olacaq.

İstanbulda yerləşən Ülkər İdman Zalında təşkil olunacaq görüşə saat 20:00-da start veriləcək.

“Sabah” qrupda keçirdiyi 4 oyunun 3-də məğlub olub, 1-də qələbə qazanıb. Azərbaycan çempionu “Bağçaşəhər”lə Bakıda keçirdiyi matçda rəqibinə 65:83 hesabı ilə uduzub.

“Sabah” hazırda 5 xalla D qrupunda üçüncü pillədə qərarlaşıb.

Xəbər Lenti