Bundesliqa 30 aprelə qədər təxirə salındı

25 Mart 2020 00:00 Almaniya 488
Bundesliqa 30 aprelə qədər təxirə salındı

Almaniya Futbol Liqası koronavirusa görə Almaniya Bundesliqasının və ikinci Bundesliqanın bərpa müddətini uzatmağı planlaşdırır.

Sportinfo.az xəbər verir ki, qurumun idarə heyətinin videoiclasında yarışların 30 aprelə qədər dayandırılması tövsiyə olunub.

Açıqlamada yerli çempionatın iyunun 30-dək tamamlanacağına ümidlərin qaldığı, lakin hər şeyin koronavirus pandemiyası ilə bağlı vəziyyətin inkişafından asılı olacağı vurğulanıb.

Bundan əvvəl Almaniya Bundesliqası və ikinci Bundesliqasının oyunları aprelin 2-dək təxirə salınmışdı.

Digər Xəbərlər
Xəbər Lenti