Xabi Alonso keçmiş baş məşqçilərindən nə öyrənib?

1 İyun 2024 00:20 Almaniya 1 016
Xabi Alonso keçmiş baş məşqçilərindən nə öyrənib?

“Bayer”in (Leverkuzen) baş məşqçisi Xabi Alonso keçmiş məşqçilərindən mənimsədiyi keyfiyyətlərdən danışıb.

sPORTİNFO.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis futbolçu kimi çox şey öyrəndiyini bildirib:

“Futbolçu kimi çox şey öyrəndim. Rafael Benites futbol taktikidir.

Pep Qvardiola deyirdi ki, belə oynayacağıq, amma belə olacaq. Joze Mourinyonun gücü və əla ünsiyyəti var.

Araqonesdən özünəinam və nə istədiyimi müəyyən etmək bacarığını götürdüm. Del Boske bizə narahat olmamağı öyrətdi.

Karlo Ançelotti gözəl futbolun nə olduğunu və onu necə nümayiş etdirəcəyini mükəmməl şəkildə göstərdi”.

Alonso ötən mövsüm “Bayer”ə Bundesliqa və Almaniya kubokunda qələbələr qazandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”