65 milyon avro tələb edirlər - Premyer Liqa təmsilçisindən

26 Aprel 2024 18:40 Almaniya 982
65 milyon avro tələb edirlər - Premyer Liqa təmsilçisindən

"Ayntraxt"ın müdafiəçisi Villian Paço karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, "Liveroul" ekvadorlu futbolçunu transfer etmək istəyir.

Bu barədə "Mirror" nəşri məlumat yayıb.

İngiltərə klubu artıq 21 yaşlı mərkəz müdafiəçisinin klubu və agenti ilə danışıqlara başlayıb. Frankfurt təmsilçisi gənc oyunçu üçün 65 milyon avro tələb edir.

Villian Paçonu 2023-cü ilin yayında "Antverpen"dən transfer edib. Ekvador millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da