"İndi uduzmaq dünya çempionatında məğlub olmaqdan yaxşıdır"

24 Sentyabr 2022 22:00 Almaniya 929
"İndi uduzmaq dünya çempionatında məğlub olmaqdan yaxşıdır"

Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik Millətlər Liqasında ötən gecə Macarıstana uduzduqları matç (0:1) barədə danışıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis deyib:

“İndi uduzmaq dünya çempionatında məğlub olmaqdan daha yaxşıdır. İlk hissəni çox pis keçirdik, kifayət qədər fəal olmadıq, özümüzdən əmin deyildik.

Çox sadə səhvlər etdik. İkinci hissə daha yaxşı oldu. Lakin biz kifayət qədər qol vəziyyətləri yaratmadıq”.

Noyabrda Qətərdə başlayacaq dünya çempionatında Almaniya millisi Yaponiya, İspaniya və Kosta-Rika ilə E qrupunda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu