Yeni müqavilə bağladı – Maaşında artım oldu

4 Sentyabr 2022 01:30 Almaniya 710
Yeni müqavilə bağladı – Maaşında artım oldu

Müdafiəçi Yoşko Qvardiol “Leyptsiq”lə müqaviləsinin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı oyunçunun “Leyptsiq”lə yeni müqaviləsinə görə maaşı ciddi şəkildə artıb. Bundan başqa, yeni müqaviləyə kompensasiya daxil deyil.

Müdafiəçi 2021-ci ilin yayında Zaqreb “Dinamo”sundan Almaniya klubuna keçib. O, bu mövsüm Bundesliqada 4 oyun keçirib və qol vurmayıb.

Qvardiolun yeni müqaviləsi 2027-ci ilə qədər qüvvədə olacaq.

Bundesliqa təmsilçisi gənc müdafiəçisi Solomon Bonnanı da Avstriyanın “Austriya” (Klaqenfurt) klubuna satıb.

Transferin detalları açıqlanmayıb. 19 yaşlı sağ cinah müdafiəçisi yeni klubu ilə 3 illik müqavilə bağlayıb.

Yarımmüdafiəçi Yoşa Voş isə “Verl” klubuna keçib. 20 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"