“Qızıl top”a layiq idi, amma qazana bilməməsinə təəccüblənmədim"

4 Dekabr 2021 12:00 Almaniya 477
“Qızıl top”a layiq idi, amma qazana bilməməsinə təəccüblənmədim"

“Bavariya"nın futbolçusu Tomas Müller komanda yoldaşı Robert Levandovskinin “qızıl top” mükafatını qazana bilməməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Müller polşalı hücumçunun bu mükafatı qazanmağa layiq olduğunu söyləyib:

“Bayern” azarkeşləri, almanlar və polşalılar üçün bu tədbir bir xəyal qırıqlığı idi.

Levandovski “qızıl top”a layiq idi, amma qazana bilməməsinə təəccüblənmədim. Eyni şey 2013-cü ildə Frank Riberinin də başına gəlmişdi”.

“Qızıl top” mükafatını PSJ-nin futbolçusu Lionel Messi qazanıb. Levandovski isə sıralamada ikinci olub.

Digər Xəbərlər
Xəbər Lenti