“Ronaldo çoxuna nümunədir - Bu yaşında belə, hələ də yeni çətinliklərlə üzləşir”

12 İyun 2024 01:30 Dünya futbolu 1 311
“Ronaldo çoxuna nümunədir - Bu yaşında belə, hələ də yeni çətinliklərlə üzləşir”

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines komandanın hücumçusu Kriştiano Ronaldo haqda danışıb.

Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Ronaldonun çoxu üçün nümunə olduğunu bildirib:

“Çox oyunçu Kriştianonun əldə etdiyinə nail ola bilməyib. Ronaldo çoxu üçün nümunədir.

Bu yaşında belə, hələ də yeni çətinliklərlə üzləşir. O, mükəmməllik ideyası ilə məşğuldur.

Bu, sadəcə heyrətamizdir. Ronaldo kimi futbolçular hər zaman gənc nəsil üçün nümunə olacaqlar”.

39 yaşlı forvard ötən mövsüm “Əl-Nəsr”lə Səudiyyə Ərəbistanı çempionatının bombardiri olub. O, 31 matçda 35 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi