II Liqaya vəsiqə uğrunda ilk oyun FIFA referisinə tapşırıldı

29 May 2024 12:40 II Divizion 1 477
II Liqaya vəsiqə uğrunda ilk oyun FIFA referisinə tapşırıldı

“Şəfa” və “Hypers” arasında keçiriləcək II Liqaya vəsiqə uğrunda ilk pley-off oyununun təyinatları bəlli olub.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, matçı FIFA referisi Kamal Umudlu idarə edəcək.

Tərəflər arasında cavab görüşü iyunun 5-də gerçəkləşəcək.

29 may

17:00. “Şəfa” – “Hypers”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“ASCO Arena”

Digər Xəbərlər
Xəbər Lenti