“Qarabağ” bizə hər hansısa təklif göndərməyib"

3 Sentyabr 2023 08:40 I Divizion 1 434
“Qarabağ” bizə hər hansısa təklif göndərməyib"

Macarıstan “Ferentsvaroş”unun idman direktoru Tomaş Hanyal futbolçuları Kvabena Ovusunun “Qarabağ”a icarəyə verilməsindən danışıb.

Sportinfo.az xəbər verir ki, “qafqazinfo”ya açıqlama verən klub rəsmisi bu xəbəri təkzib edib.

O bildirib ki, qanalı forvardın Ağdam təmsilçisinə icarəyə verilməsi məsələsi gündəmdə deyil:

“Qarabağ” bizə hər hansısa təklif göndərməyib. Futbolçunun Bakıya niyə gəlməsindən xəbərim yoxdur.

Bir gün əvvəl Ovusu bizim komandamızla birlikdə məşqdə idi. Dünən isə onun istirahət günü olub. Bakıya gedib-getmədiyini belə bilmirəm”.

“Qarabağ”ın meneceri Asif Əsgərov da xəbəri təkzib edib. O bildirib ki, belə bir məsələ gündəmdə deyil.

Əsgərov həmçinin qeyd edib ki, qanalı forvardın paylaşdığı foto köhnədir. O, yaxın vaxtlarda Azərbaycana gəlməyib.

Kvabena Ovusu 2020-2023-cü illərdə “Qarabağ”ın futbolçusu olub.

Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda