Azərbaycanlı futbolçunun xarici kluba transferi xəbərinə REAKSİYA

2 Yanvar 2020 20:10 I Divizion 2 131
Azərbaycanlı futbolçunun xarici kluba transferi xəbərinə REAKSİYA

"Zaqatala"nın futbolçusu Famil Camalovun Kiprdə legioner həyatı yaşayacağı ilə bağlı bu gün xəbərlər yayılb.

Sosial şəbəkələrdə iddia olunur ki, 1998-ci il təvəllüdlü futbolçu AEL ilə müqavilə bağlayıb. "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov Sportinfo.az-a açıqlamasında bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

"Familin 1 illik müqaviləsi var. Bizdən xəbərsiz heç yerə gedə bilməz. O, bizə bu barədə nə rəsmi, nə də şifahi məlumat verib. Nəsə real bir şey olsaydı, bilərdik. Hazırda komandanı istirahətə buraxmışıq, Famil isə ailəsinin yanında, Rusiyadadır.

O, çox prespektivli futbolçudur. Vaxtilə yeniyetmələrdən ibarət yığmanın formasını geyinib. "Zaqatala"ya ilk dəfə ötən mövsümün qış fasiləsində gəlmişdi.

Buna qədər "Qarabağ"da çıxış etmişdi. Bildiyimə görə, həmin vaxt ayağı sınmışdı deyə, bir müddət futboldan uzaq düşmüşdü. Zaqatalaya gəlmişdi ki, yavaş-yavaş bərpa olsun.

Bir az məşq etdi, formaya düşdü, ancaq "transfer pəncərəsi" 2 gün əvvəl bağlandığından, onunla müqavilə bağlaya bilmədik. O, sonra "Anji"yə getdi, bir müddət Mahaçqala klubunda məşq etdi.

Yayda biz onu bir daha "Zaqatala"ya dəvət elədik. Divizionda seçilən futbolçulardandır. Mənə hələ də qəribə gəlir ki, niyə U-21 millisinin məşqçiləri Famili çağırmır. Orda oynamağa layiq futbolçudur. Hamı onu tanıyır və bəyənir.

Divizionda artıq 9 qol vurub, bombardirlər siyahısında ikinci-üçüncü yeri bölüşdürür. Güman edirəm ki, Divizionun birinci bombardiri olsa, nəhayət, yığmaya çağırarlar".

Digər Xəbərlər
Xəbər Lenti