Divizionda daha bir səs-küylü "ALVER" DOSYESİ!

2 Yanvar 2020 19:00 I Divizion 1 513
Divizionda daha bir səs-küylü

AFFA dekabrın 27-də növbəti "qara siyahı"nı açıqladı.

Birinci divizionda çıxış edən “Neftçi-2”, MOİK və “Binə”nin bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan quruma daxil olan məlumatlara əsasən, klubların futbolçuları və digər futbol funksionerləri, o cümlədən, futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.

Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq, 10 şəxsin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.

Aşağıda adları qeyd olunmuş şəxslər hazırda aktiv futbol fəaliyyəti göstərmirlər. Lakin gələcəkdə futbol sahəsində çalışmaq ehtimalı nəzərə alınaraq onların futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub: Elmin Çobanov, Natiq Səhrətov, Emin Cəfərquliyev.

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.

Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var. Beləliklə, AFFA tərəfindən "qara siyahı"ya düşənlərin sayı 38-ə çatıb.

Sportinfo.az-ın məlumatına görə, bu, son deyil. qarşıdakı günlərdə daha bir siyahının açıqlanması gözlənilir.

Hazırda 50-dən artıq futbolçu, məşqçi və funksionerin dosyesi araşdırılır. Onların hamısı I Divizionla bağlıdır.

Aparılan təhqiqat aşağı dəstəsinin son 3 mövsümünü əhatə edir. Bütün bunların üstü Cəmşid Məhərrəmovun saxlanılmasından sonra açılmağa başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti