Klub prezidenti: "Danışılmış oyunlarla bağlı "Bandotdel"ə çağırılmışam"

17 Dekabr 2019 00:28 I Divizion 2 356
Klub prezidenti: "Danışılmış oyunlarla bağlı "Bandotdel"ə çağırılmışam"

I Divizionda danışılmış oyunlara bağlı araşdırma davam etdirilir. Sportinfo.az xəbər verir ki, 2017-2018 mövsümündə aşağı dəstədə mübarizə aparmış "Binə"nin prezidenti Teymur Həsənli ilə klubda baş məşqçi çalışmış, hazırda "Keşlə"nin fiziki hazırlıq üzrə məşqçisi olan Mehman Babayev də saxlanılıb.

Məsələ ilə bağlı "qafqazinfo"ya açıqlama verən "Binə"nin prezidenti Teymur Həsənli deyib: "Düzdür, danışılmış oyunlarla bağlı araşdırma çərçivəsində izahatımın alınması üçün "Bandotdel"ə dəvət olunmuşam.

İzahat yazdıqdan sonra həmin gün oranı tərk etmişəm. Mənimlə yanaşı, Mehman Babayev də izahat verib və həmin gün oradan ayrılıb. Danışılmış oyunlarda iştirakım müzakirə mövzusu belə ola bilməz".

Digər Xəbərlər
Xəbər Lenti