Divizion klubunda danışılmış oyunlarla bağlı iclas - "Onları lənətləyirik"

16 Dekabr 2019 15:50 I Divizion 1 496
Divizion klubunda danışılmış oyunlarla bağlı iclas -

AFFA İntizam Komitəsinin 13.12.2019-cu il tarixdə verdiyini qərara əsasan, “Turan Tovuz”un 7 futbolçusunun futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.

Sportinfo.az xəbər verir ki, Tovuz təmsilçisi bununla bağlı açıqlama yayıb. Bildirilir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “danışılmış oyunlar”a qarşı mübarizə çərçivəsində daim maarifləndirmə işləri aparılmasına, AFFA-nın xüsusi komitəsinin mütəmadi olaraq futbolçu, məşqçi və işçi heyəti ilə seminarlar keçirməsinə, bütün işçi, məşqçi və futbolçu heyətimizin “Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası” ilə bağlı Bəyannamə formasına imza atmasına baxmayaraq, komandanın heyətində belə halın yaşanması rəhbərliyi dərindən yaralayıb.

Bu gün məsələ ilə bağlı olaraq “Turan Tovuz” İB-də klubdaxili iclas keçirilib. 2 saatdan çox davam edən iclasda “Turan Tovuz” İB-nin Müşahidə Şurasının sədri Oqtay Abdullayev, icraçı direktor Nadir Nəbiyev, Müşahidə Şurasının üzvü Rəşid Məhərrəmov, Tovuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, məşqçi, futbolçu və işçi heyəti eləcə də fəal azarkeşlər iştirak edib. Toplantıda “danışılmış oyunlar”ın zərərindən geniş söhbət açılıb. Azərbaycan futbolunda xüsusi yerə malik olan Tovuz futbolunda belə neqativ halın yaşanmasının yolverilməz olduğu, bu “virus”un təmizlənməsi üçün birlikdə mübarizə aparmalı olması xüsusi vurğulanıb.

Qeyd olunub ki, klub dəfələrlə AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyaya rəsmi olaraq müraciət edərək belə neqativ halların üstünün açılmasında köməklik göstərmələrini xahiş edib:

“Turan Tovuz” olaraq ölkə futbolumuzdan bu “virus”un təmizlənməsi üçün istər AFFA, istərsə də təhlükəsizlik orqanları ilə birlikdə mübarizə aparacağımızı bildirir, bu kimi neqativ hala əl atanların əməllərini qətiyyətlə pisləyir və lənətləyirik.

Ümid edirik ki, bu mübarizə davamlı olacaq və futbolumuza daha çox ziyan vurmadan bu çirkin əməllə məşğul olanların hamısı layiqli cəzalarını alacaqlar!".

Digər Xəbərlər
Xəbər Lenti