Bu mövsüm I Divizionda nə qədər "pul yuyulub"?

15 Dekabr 2019 16:58 I Divizion 2 078
Bu mövsüm I Divizionda nə qədər "pul yuyulub"?

Millinin sabiq futbolçusu Cəmşid Məhərrəmov bir neçə gündür saxlanılıb. Son olaraq Region Liqasında "Uğur"un formasını geyinən yarımmüdafiəçi polis nəzarətindədir və istintaqa cəlb olunub.

Hələ 2 il öncə - "Rəvan"da forma geyindiyi vaxtdan adı AFFA-nın şübhəlilər siyahısına düşən 36 yaşlı oyunçu manipulyasiya cəhdlərinə görə istintaqa cəlb edilib.

Sportinfo.az-ın məlumatına görə, Məhərrəmovun saxlanılmasından az sonra AFFA-nın I Divizionda çıxış edən 28 futbolçunu futboldan ömürlük uzaqlaşdırması təsadüfi deyil.

Bu, prosesin ilkin mərhələsidir və davamı gələcək. Aşağı dəstənin 12 turunun üst-üstə 30 oyununun nəticəsinin öncədən razılaşdırılmasına dair ciddi şübhələr var və güman etmək olar ki, Cəmşid bu çirkin əmələ qol qoyanların adlarını bir-bir açıqlayacaq.

Yayılan söz-söhbətlərə görə, mövsümün arxada qalan hissəsində I Diviziona yarım milyon manata yaxın pul "yatırılıb".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!