Azərbaycanda futbolçuları "qumar" oynamağa kim şirnikləndirib?

13 Dekabr 2019 21:30 I Divizion 1 430
Azərbaycanda futbolçuları "qumar" oynamağa kim şirnikləndirib?

Məlum olduğu kimi, AFFA İntizam Komitəsi həvəskarlar liqasında forma geyinən futbolçuları cəzalandırıb.

Qurum Region Liqasında çıxış edən 3 oyunçuya manipulyasiya olunmuş oyunlarda iştiraka görə cəza kəsib. Bunlar "Uğur"dan Cəmşid Məhərrəmov, "Ağsu Siti"dən Tuqay Alhüseynli vəı "Alyans"dan Cəmil Rəhimlidir.

Cəmşid Məhərrəmov 2007 - 2009-cu illərdə Azərbaycan yığmasının formasını geyinib. Qurum daha öncə 22 futbolçunu cəzalandırdığını açıqlayıb.

Sportinfo.az-ın məlumatına görə, İntizam Komitəsi adları çəkilən futbolçuları I Divizionla bağlı aparılan araşdırmanın davamı olaraq cəzaya layiq görüb.

Region Liqası yerli və xarici bukmeyker kontorlarının siyahısında yer almır, yarımhəvəskar yarışın nəticələrinə pul qoyuluşu qəbul olunmur.

Cəmşid, Tuqay və Cəmilin I Divizionda forma geyinən futbolçuları bukmeyker kontorlarıyla "əməkdaşlığ"a sövq edən şübhəli şəxs qismində saxlanıldığı barədə qeyri-rəsmi məlumatlar var.

Digər Xəbərlər
Xəbər Lenti