AFFA-dan hakimi söyən baş məşqçiyə 5 oyunluq cəza

11 Dekabr 2019 15:52 I Divizion 698
AFFA-dan hakimi söyən baş məşqçiyə 5 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, toplantıda I Divizionun 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

MOİK – “Neftçi-2” matçının 77-ci dəqiqəsində “Neftçi-2”-nin futbolçusu Seymur Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Keşlə-2” – “Qaradağ Lökbatan” matçının 51-ci dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Sahil Zeynalov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Qaradağ Lökbatan”ın baş məşqçisi Elçin Dərgahquliyev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.

“Qaradağ Lökbatan” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunub.

“Turan Tovuz” – “Zirə-2” matçının 90+2-ci dəqiqəsində “Zirə-2”-nin futbolçusu Raul Musayev birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.

“Ağsu” – “Zaqatala” matçının 40-cı dəqiqəsində “Ağsu”nun futbolçusu Məhəmməd Əliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Sabah-2” – “Qarabağ-2” matçında “Qarabağ-2”-nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Sumqayıt-2” – “Səbail-2” matçı “Səbail-2” klubuna görə 10 dəqiqə gec başladığı üçün klub 80 manat cərimə olunub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı