"Premyer Liqa klubuna təkcə biz başağrı ola bilərdik"

6 Dekabr 2019 12:59 I Divizion 986
"Premyer Liqa klubuna təkcə biz başağrı ola bilərdik"

“Sumqayıt”a qarşı oyunumuz yaxşı alındı. Xüsusilə də ikinci hissədə yaxşı təsir bağışladıq. Sadəcə hava şəraitinə görə istədiyimiz kimi oynaya bilmirdik”. Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zaqatala”nın futbolçusu İbrahim Qədirzadə deyib.

Azərbaycan kubokunun 1/8 final mərhələsində “Sumqayıt”la qarşılaşan “Zaqatala” 0:2 hesabı ilə uduzub. Qədirzadə birinci divizionla Premyer Liqanı müqayisə edib:

“Qol vurmaq üçün şansımız oldu. Ancaq alınmadı. “Sumqayıt” daha təcrübəli olduğuna görə, layiqli şəkildə mərhələni keçdi. Onlar favorit idi. Ancaq biz meydana uduzmağa çıxmamışdıq. Mübarizə aparıb növbəti mərhələyə çıxmaq istəyirdik. Alınmadı. “Sumqayıt”a uğurlar arzu edirəm”.

“Birinci divizion və Premyer Liqa arasında fərq çoxdur. Elə kubok oyunlarında da bu aşkar hiss olundu. Heç bir divizion klubu Premyer Liqa komandasına başağrı ola bilməyəcəkdi. Birinci divizion klubları arasında Premyer Liqa komandasına başağrı ola biləcək bir klub var idi, o da biz idik. Sadəcə şanslardan istifadə edə bilmədik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti