Mahmud Qurbanov: "Mən heç kimi söyməmişəm"

4 Dekabr 2019 14:00 I Divizion 1 441
Mahmud Qurbanov: "Mən heç kimi söyməmişəm"

Birinci divizionun XII turunun "Kəpəz"lə oyununda hakimi təhqir etdiyi üçün AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılan "Neftçi"nin əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanov qərara münasibət bildirib.

Gənc mütəxəssis Sportinfo.az-a açıqlamasında referini söymədiyini deyib. O, İK-in qərarından apellyasiya şikayəti veriləcəyini söyləyib:

"Orada heç nə baş verməyib. Heç kimi təhqir etməmişəm. Çox maraqlıdır, niyə cəza veriblər? Sadəcə, qırmızı vərəqə epizoduna görə etiraz etmişəm. Başqa heç nə olmayıb.

Yəqin, İK-in qərarı ilə bağlı apellyasiya şikayəti verərik. Çünki oyun vaxtı kimsə söyülməyib".

Qeyd edək ki, İK-in qərarına əsasən, Qurbanov oyunun 33-cü dəqiqəsində hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb, klubu isə 400 manat cərimə olunub. Məşqçiyə verilmiş 5 oyun cəzanın 3-ü şərti cəza kimi tətbiq edilib və 3 ay sınaq müddəti verilib. Bu müddət ərzində məşqçi yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

"Neftçi-2" - "Kəpəz" oyununun (2:0) baş hakimi Rauf Allahverdiyev olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!