"Kəpəz" uduzdu, Emin Mehtiyev aşağı liqada da qırmızı aldı

29 Noyabr 2019 18:59 I Divizion 885
"Kəpəz" uduzdu, Emin Mehtiyev aşağı liqada da qırmızı aldı

I Divizionda XII tura yekun vurulub. Sportinfo.az xəbər verir ki, sonuncu oyun günündə üç görüş olub.

"Səbail"in ikinci komandası "Keşlə-2"nin qapısından 3 cavabsız top keçirib. Qonaqların heyətində Emin Mehtiyev 38-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalanıb. Qeyd edək ki, Mehdiyev bu mövsüm Premyer Liqada "Qarabağ"la görüşdə də meydandan qovulmuşdu.

“Neftçi”nin əvəzediciləri “Kəpəz”i məğlub ediblər - 2:0.

"Qarabağ-2" isə gözlənilmədən “Ağsu”ya minimal hesabla məğlub olub.

29 noyabr

Neftçi-2 – Kəpəz 2:0
Qol: Vüsal Əsgərov, 4. Hüseyn Hüseynzadə, 14.

Qırmızı vərəqə: Əmrah Bayramov, 32 ("Neftçi").

Səbail-2 – Keşlə-2 3:0
Qol: Vidadi Cəfərov, 45. Şöhrət Yusifov, 59. Bahadur Həziyev, 90+3.

Qarabağ-2 – Ağsu 0:1
Qol: Qalib Əmrahov, 73.

Turun digər oyunları:
Zaqatala – Turan Tovuz 3:1
Zirə-2 – Sumqayıt-2 1:4
Qaradağ Lökbatan – MOİK 0:1

1 Səbail-2 11 8 2 1 25-8 26
2 Sabah-2 11 7 1 3 17-9 22
3 Zaqatala 11 7 1 3 17-9 22
4 Turan Tovuz 11 7 0 4 21-15 21
5 Kəpəz 12 5 3 4 14-13 18
6 Neftçi-2 11 5 2 4 15-10 17
7 Sumqayıt-2 11 5 2 4 15-15 17
8 Keşlə-2 11 4 3 4 16-15 15
9 Ağsu 11 4 1 6 12-22 13
10 Qarabağ-2 11 4 0 7 21-17 12
11 MOİK 11 3 3 5 13-17 12
12 Zirə-2 11 2 1 8 12-29 7
13 Qaradağ Lökbatan 11 1 1 9 5-24 4

BOMBARDİRLƏR:

Musa Qurbanlı ("Qarabağ-2") - 9 qol
Elmir Rəhimzadə ("Keşlə-2") - 8 qol
Vidadi Cəfərov ("Səbail-2") - 7 qol
Famil Camalov ("Zaqatala") - 6 qol
Tapdıq Əhmədov ("Zirə-2") - 5 qol
Nodar Məmmədov ("Kəpəz") - 5 qol

İlkin Sadıqov ("Turan Tovuz") - 5 qol

Qeyd: İntizam Komitəsinin qərarına əsasən II turda "Sumqayıt-2" komandasına 0-3 hesablı texniki məğlubiyyət verilib

Digər Xəbərlər
Xəbər Lenti