Gəncə stadionunun ərazisində daha bir meydança olacaq

22 Noyabr 2019 22:20 I Divizion 704
Gəncə stadionunun ərazisində daha bir meydança olacaq

Gəncə şəhər stadionunun ərazisində təbii örtüklü standart ölçülərə malik (105x68m) məşq meydanının inşası da nəzərdə tutulub.

Sportinfo.az xəbər verir ki, Gəncə şəhər stadionunun ərazisində AFFA-nın və FIFA-nın maliyyə vəsaiti hesabına inşa olunan süni örtüklü standart ölçülərə malik məşq meydanında işlər isə artıq yekunlaşıb.

Hazırda su təchizatı ilə bağlı məsələlər araşdırılır. Gəncədə futbol infrastrukturunun inkişafı məqsədi ilə AFFA tərəfindən ilkin olaraq 2017-ci ildə Gəncə şəhər stadionunun əsas meydanının təbii ot örtüyü yenidən inşa olunub.

Digər Xəbərlər
Xəbər Lenti