UEFA-dan AFFA-ya növbəti SOS! - Yenə I divizion, yenə oyun alqı-satqısı

18 Noyabr 2019 16:13 I Divizion 1 394
UEFA-dan AFFA-ya növbəti SOS! - Yenə I divizion, yenə oyun alqı-satqısı

UEFA növbəti dəfə AFFA-nı silkələyib. Sportinfo.az-ın məlumatına görə, Avropa futbol qurumu Bakıya məktub yollayaraq, I Divizionda oyun alqı-satqısının "yeni dalğa"sı barədə AFFA-nı məlumatlandırıb.

Məktubda birinci dəstənin son 4-5 turuyla bağlı qaranlıq məqamların olduğu göstərilib. Nəticələri şübhə doğuran komandaların siyahısına yalnız "Qaradağ Lökbatan", MOİK, "Turan-Tovuz" və "Ağsu"nun adları daxil edilməyib.

Onlarla yanaşı, bəzi Premyer Liqa klublarının əvəzedici heyətləri də qitə futbol təşkilatının "diqqətini çəkib". UEFA artıq əmindir ki, qeyri-leqal bukmeyker kontorları I Divizionu təsir dairəsinə daxil edib. Onların "əməkdaşlığı" yalnız "Ağsu" ilə məhdudlaşmır.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?