"Kəpəz"in süni örtüklü meydançası hazırdır - FOTOLAR

18 Noyabr 2019 12:46 I Divizion 971
"Kəpəz"in süni örtüklü meydançası hazırdır - FOTOLAR

Gəncə şəhər stadionunda yeni süni örtüklü meydançanın salınması prosesi başa çatıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, standart ölçülərə malik meydançanın uzunluğu 105, eni isə 68 metrdir. Meydançanın kənarında soyunub-geyinmə kabinələri qoyulub, ətraf ərazi asfaltlanıb. Futbol infrastrukturunun inkişafı məqsədilə həyata keçirilən layihə AFFA tərəfindən icra olunub.

Xatırladaq ki, Gəncə şəhər stadionunun əsas meydanının da təbii ot örtüyü 2017-ci ildə AFFA-nın maliyyə dəstəyi ilə yenilənib. Bundan əlavə, arenanın ərazisində 2015-ci ildə qurumun köməkliyi ilə süni örtüklü mini meydança da salınıb.

Digər Xəbərlər
Xəbər Lenti