İntizam Komitəsi I divizion klublarını cəzalandırdı

13 Noyabr 2019 14:06 I Divizion 1 139
İntizam Komitəsi I divizion klublarını cəzalandırdı

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında I divizionda baş verən neqativ hallara hüquqi qiymət verilib.

Sportinfo.az PFL-in saytına istinadən həmin qərarları təqdim edir:

“Zaqatala” – “Keşlə-2” matçında “Zaqatala” və ”Keşlə-2”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunur;

Oyunun 63-cü dəqiqəsində “Keşlə-2”nin futbolçusu Murad Qayalı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

“Zirə-2” – MOİK matçında “Zirə-2”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

Oyunun 23-cü dəqiqəsində MOİK-in futbolçusu Fərid Nadirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

Oyunun 57-ci dəqiqəsində MOİK-in futbolçusu Kənan Zülfüqarov ciddi qayda pozuntusuna görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur;

“Səbail-2” – “Kəpəz” matçında “Kəpəz”in futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Digər Xəbərlər
Xəbər Lenti