İlham Yadullayev "Turan Tovuz"un baş məşqçisi oldu - RƏSMİ

18 Oktyabr 2019 23:00 I Divizion 1 256
İlham Yadullayev "Turan Tovuz"un baş məşqçisi oldu - RƏSMİ

İlham Yadullayev "Turan Tovuz" klubunun sükanı arxasına keçib. Sportinfo.az xəbər verir ki, I divizion təmsilçisi milli komandamızın sabiq müdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə bağlayıb.

“Turan Tovuz”u mövsümün əvvəlindən çalışdıran Azər Bağırov bir neçə gün əvvəl “Qəbələ”dən təklif alaraq, komandadan ayrılmışdı.

İlham Yadullayev son olaraq "Keşlə"nin aşağı yaş qrupları üzrə komandasında işləyib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!