"Qarabağ Azərbaycandır!" - Gəncədə Müstəqillik günü

18 Oktyabr 2019 18:38 I Divizion 1 346
"Qarabağ Azərbaycandır!" - Gəncədə Müstəqillik günü

I divizionun VII turu çərçivəsində “Kəpəz” – “Qarabağ-2” (1:0) ilə qarşılaşıb. Sportinfo.az Gəncə klubunun rəsmi saytına istinadən xəbər verir ki, görüş 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Gününə təsadüf etdiyindən ev sahibi matça xüsusi hazırlaşıb.

Gəncə klubunun futbolçuları meydana “Qarabağ Azərbaycandır!” yazılı plakatla çıxıblar. Bundan başqa, meydanda böyük ölçülü üç rəngli bayrağımız açılıb. Stadionda Azərbaycanın Respublikasının Dövlət himni hərbi orkestr tərəfindən ifa olunub.

Digər Xəbərlər
Xəbər Lenti