Sabiq "Spartak"lı İsayevi istəsə də, 100 minə görə vaz keçib

18 Oktyabr 2019 14:27 I Divizion 1 223
Sabiq "Spartak"lı İsayevi istəsə də, 100 minə görə vaz keçib

"Sumqayıt"la müqaviləsi ola-ola klubun düşərgəsinə gəlməkdən imtina etmiş Aleksey İsayev karyerasını Rusiya komandasında davam etdirməyə yaxın olub.

Sportinfo.az-a daxil olan məlumata görə, birinci liqada mübarizə aparan "Tekstilşik"in məşqçilər korpusu İsayevi komandaya cəlb etmək istəyib. Vaxtilə "Spartak"da çıxış etmiş Denis Boyarintsev "Yenisey"dən tanıdığı futbolçunu komandasında görmək niyyətində olub.

Amma İsayevin hələ də “Sumqayıt”la müqaviləsi olduğunu və klubun ona görə 100 minə yaxın transfer məbləği istədiyini biləndən sonra məsələ bağlanıb. Hazırda Krasnoyarskda yaşayan yarımmüdafiəçi fərdi məşqlərlə kifayətlənir. Onun karyerasını harada davam etdirəcəyi hələ ki, bilinmir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti