"Turan Tovuz"un yeni baş məşqçisi müəyyənləşdi

17 Oktyabr 2019 21:49 I Divizion 1 986
"Turan Tovuz"un yeni baş məşqçisi müəyyənləşdi

Birinci divizion təmsilçisi "Turan Tovuz"un yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, komanda İlham Yədullayevə tapşırılıb. Son iş yeri "Keşlə"nin əvəzedici komandası olan mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. Rəsmi açıqlamanın sabah veriləcəyi gözlənilir.

Yadullayev "Turan Tovuz"un sükanı arxasında "Qəbələ"yə keçən Azər Bağırovu əvəzləyib.

Bu ilin əvvəlində "Keşlə"dən ayrılan məşqçi 7-8 aydır işsizdir. O, paytaxt klubunda baş məşqçinin köməkçisi vəzifəsində çalışırdı.

Digər Xəbərlər
Xəbər Lenti