Tovuz futbolunda yeni nəfəs, yeni… - FOTOREPORTAJ

17 Oktyabr 2019 16:03 I Divizion 1 267
Tovuz futbolunda yeni nəfəs, yeni… - FOTOREPORTAJ

Ötən ay təmirə bağlanan Tovuz stadionunun nə vaxt istifadəyə veriləcəyi məlum olub.

"Turan Tovuz"un idman direktoru Nadir Nəbiyev Sportinfo.az-a bildirib ki, AFFA-nın hərtərəfli dəstəyi ilə aparılan yenidənqurma işlərinin ilin sonunadək başa çatdırılması planlaşdırılır:

"Tikintini aparan şirkət bütün qüvvəsiylə çalışır. Hər gün burada qızğın iş gedir. Eyni vaxtda həm söküntü, həm də tikinti aparılır.

Bütün bunlar plan əsasında görülür. Bazanın özündə, meydançada, tribunada - ümumiyyətlə, ərazidə nə varsa, hamısı yenilənir.

Əsas komandamız gələn ilədək ev oyunları keçirməyəcək. Peşəkar Futbol Liqasıyla danışıb, bu müddətdə olan bütün ev oyunlarının yerini səfərə salmaqla bağlı razılaşmışıq".

Digər Xəbərlər
Xəbər Lenti