"Baş məşqçi məsələsində tələsmək olmaz"

16 Oktyabr 2019 20:45 I Divizion 1 513
"Baş məşqçi məsələsində tələsmək olmaz"

Azər Bağırovla yollarını ayıran "Turan-Tovuz"un yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq.

Bu barədə Sportinfo.az-a I Divizion klubunun idman direktoru Nadir Nəbiyev məlumat verib. Onun sözlərinə görə, hazırda bir neçə mütəxəssislə danışıqlar gedir:

"Təklif göndərdiyimiz məşqçilər arasında həm Tovuzdan, həm də Bakıdan olan var. Bu il komandamız çempionata yaxşı başlayıb və istəyirik ki, belə də davam edək.

Ona görə də baş məşqçi məsələsində tələsmək olmaz. Azər Bağırov "Qəbələ"yə getmək istədiyini bizə ötən həftə dedi. Qarşıdakı bir-iki gün içində də biz Bağırovu kiminlə əvəzləyəcəyimizi açıqlayacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!