AFFA “Qaraqalpaqıstan"la "Əndican"ı Naxçıvana gətirdi

15 Oktyabr 2019 18:10 I Divizion 592
AFFA “Qaraqalpaqıstan"la "Əndican"ı Naxçıvana gətirdi

AFFA-nın, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş “Naxçıvan Kuboku-95” beynəlxalq turniri keçirilir.

Sportinfo.az xəbər verir ki, 13-14 yaşlı futbolçulardan ibarət komandaların iştirak etdiyi turnirdə Özbəkistanın iki - “Qaraqalpaqıstan” və “Əndican” futbol akademiyaları da iştirak edir.

Digər iştirakçılar isə “Qarabağ”, “Rekord” və “Araz Naxçıvan”ın müvafiq yaş qrupundan ibarət komandalarıdır. Dairəvi sistem üzrə üzrə keçirilən turnirə oktyabrın 18-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti