"Yəqin ki, bu gün klubdan ayrılmağıma icazə verəcəklər"

14 Oktyabr 2019 10:10 I Divizion 913
"Yəqin ki, bu gün klubdan ayrılmağıma icazə verəcəklər"

"Turan Tovuz" baş məşqçisi haqda qərarı bu gün verəcək. Bu barədə Sportinfo.az-a Azər Bağırov bildirib. Onun sözlərinə görə, klub rəhbərliyi ilə apardığı danışıqlar müsbət nəticə verib:

"Mənim fikrim qətidir – "Qəbələ"yə getmək istəyirəm. "Turan"ın Müşahidə Şurasının sədri Oqtay Abdullayev və icraçı direktor Nadir Nəbiyevlə bir neçə dəfə danışmışam.

Hər şey yaxşı olmalıdır. Bu gün günorta son sözlərini mənə deyəcəklər. Yəqin ki, ayrılmağıma icazə verəcəklər. Açığı, yerimə kimi baş məşqçi gətirəcəklərini bilmirəm, soruşmamışam".

Digər Xəbərlər
Xəbər Lenti