Premyer Liqaya yol almaq ümidi ilə... Üç oyundan CANLI YAYIM

16:00 I Divizion 164
Premyer Liqaya yol almaq ümidi ilə... Üç oyundan CANLI YAYIM

I Liqada 22-ci tura bu gün yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, son oyun günündə üç qarşılaşma keçiriləcək.

Turnir cədvəlinə başçılıq edən «Şəfa» Buzovnada ən yaxın izləyicisi «Baku Sportinq»in qonağı olacaq.

Üçüncü sırada yer alan «Mingəçevir» doğma şəhərdə «Difai»ni sınağa çəkəcək.

Liderlər qrupunda yer alan «Səbail» isə son pillədəki «Şimal»ın pişvazına çıxacaq.

“Baku Sportinq” – “Şəfa”
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Rasim Axundov, Niyaz Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Buzovna qəsəbə stadionu, 16:00

“Mingəçevir” – “Difai”
Hakimlər: Mahmud Bağırzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 16:00

“Səbail”– “Şimal”
Hakimlər: Şamil İmanzadə, Vüqar Bayramov, Rəhman Aslanov, Nazim Abdullayev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mahal Məmmədov
“Bayıl Arena”, 17:00

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti