“Ora çox pisdir, əziyyət çəkəcəyik” - GİLEYLƏNDİ

15 Aprel 16:40 I Divizion 689
“Ora çox pisdir, əziyyət çəkəcəyik” - GİLEYLƏNDİ

Ötən tur “Səbail”i 2:1 hesabı ilə məğlub etməklə çempionluq yolunda ciddi addım atan “Şəfa” növbəti sınaq qarşısındadır.

Paytaxt təmsilçisi 22-ci turda ən yaxın izləyicisi “Baku Sportinq”in qonağı olacaq.

21 turdan sonra aktivində 48 xal olan lider “Şəfa” 2-ci pillədəki “Baku Sportinq”i 8 xal qabaqlaylr.

Meydan sahiblərinin bu oyundakı mümkün qələbəsi aradakı xal fərqini 5-ə endirə və finişə 5 tur qalmış intriqanı qızışdıra bilər.

Buzovnada baş tutacaq qarşılaşmadan əvvəl Sportinfo.az-a danışan “Şəfa”nın müdafiəçisi Nihad Quliyev şansları dəyərləndirib:

“Hər iki komanda üçün çox çətin oyun olacaq. Xüsusən Buzovnadakı meydan amilinə görə əziyyət çəkəcəyik.

Qazonun durumu çox pisdir. Həmin meydanda bir dəfə qalib gəlmişik.

Bu dəfə də qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. “Baku Sportinq” layiqli rəqibdir, yaxşı komandadır, məşqçi işi görünür.

Bütün bunlara baxmayaraq, məqsədimiz dəyişmir. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çünki erkən çempionluq üçün 3 xal bizə çox vacibdir”.

Aprelin 16-da Buzovna qəsəbə stadionunda gerçəkləşəcək duel saat 16:00-da start götürəcək.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 14:20 Bir də yayda qayıdacaq