I Liqanın mərkəzi qarşılaşmasında lider qələbə qazandı.
“Şəfa”yla “Səbail” arasında keçirilən çempionluq matçında meydan sahibləri “dənizçilər”i 2:1 hesabı ilə üstələməyi bacardı.
Sportinfo.az-a müsahibə verən “Səbail”in hücumçusu Qurban Səfərov sualları cavablandırıb.
- Mğlubiyyətə nə səbəb oldu?
- Buraxdığımız səhvlər və qapımıza vurulan qollar. Rəqibin bir dəfə standart vəziyyətdən 100 faizlik imkanı oldu, onda da qol vurdu. Digər qolu öz səhvimizdən buraxdıq. Qollardan biri mənim səhvimdən oldu.
- “Şəfa” udmadı, siz uduzduz demək istəyirsən.
- Oyunun ədalətli nəticəsi heç-heçə idi. Çünki meydanda bərabərsəviyyəli oyun getdi.
- Bu məğlubiyyətdən sonra Premyer Liqaya bilet böyük ölçüdə əldən çıxdı.
- Xeyr, niyə ki? Çempionluq çətin görünsə də, 2-ci yeri tutub pley-off oynamaq şansımız var. Qarşıda 6 tur var, çox şey dəyişə bilər. Son tura qədər mübarizə aparacağıq.
- Möcüzənin baş verəcəyinə inanırsan.
- Qarşıda 6 tur var, hər şey baş verə bilər. Ümid sonda ölür. Ötən mövsümü yada salın. “Karvan-Yevlax”ın Premyer Liqaya vəsiqə qazanacağı bilinirdi? Sona 2-3 tur qalmış məlum oldu. Əlimizdən gələni edəcəyik ki, ən pis halda pley-off yolu ilə Premyer Liqaya qayıdaq.
HƏBİB

